BAKI, 15 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Qəzzada sağ qalan son ABŞ vətəndaşı İdan Aleksandrın azad edilməsində vasitəçilik etdiyinə görə Qətərə təşəkkür edib.
Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Tramp Yaxın Şərqə rəsmi səfəri çərçivəsində Qətərdə onun şərəfinə verilmiş dövlət ziyafətində çıxışı zamanı deyib.
"Ümid edirəm ki, bu, digər girovların geri qaytarılması üçün bir başlanğıc olacaq", - ABŞ lideri bildirib.
Lusail Sarayındakı çıxışını yekunlaşdırarkən Tramp ABŞ-Qətər münasibətlərinin tarixdə "ən yüksək səviyyəyə" çatdığını deyib.
"Burada inanılmaz potensial var. Bu cür əzəmət. Bu cür zəngin torpaq. Belə gözəl, möhtəşəm — bura sadəcə möhtəşəm bir yerdir", - ABŞ Prezidenti fikrini tamamlayıb.