BAKI, 14 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Qətərə səfəri çərçivəsində onun şərəfinə verilmiş dövlət ziyafətində çıxış edib.

Teleqraf xarici mətbuata istinadən xəbər verir ki, o, Lusail Sarayında çıxış edərkən Qətərdə "inanılmaz dərəcədə təmtəraqlı və isti" qarşılandığını bildirib.

"Mən sizin böyük ölkənizə rəsmi səfər edən ilk ABŞ prezidentiyəm. Bu, mənim üçün böyük şərəfdir, xüsusilə də sol tərəfimdə əyləşən inanılmaz cənabı uzun müddətdir tanıdığım üçün çox şadam. Biz siyasətə gəlməyimdən xeyli əvvəldən tanışıq", - Tramp Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Taniyə işarə edərək söyləyib.

O, "Körfəzdə baş verən transformasiya"nı "fövqəladə" adlandırıb.

Tramp "mühəndislik möcüzələri"nə və ölkə rəhbərliyini "qürurlandırmalı olan" digər nailiyyətlərə görə Əmir Əl Tanini təbrik edib.

ABŞ Prezidenti həmçinin Dohaya uçuşu zamanı onun təyyarəsini müşayiət edən F-15 pilotlarının dəbilqələrindəki adları belə oxuya bildiyini söyləyib.