BAKI, 1 may. TELEQRAF

ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar davam edir və bu məsələ üzrə razılaşma hələ də mümkündür.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib.

“Danışıqlar davam edir. Bəzən irəliləyiş olur, bəzən çətinliklər yaşanır. Biz inanırıq ki, həm Rusiya, həm də Ukrayna sülhə çalışmalıdır. Müharibəni dayandırmaq hər iki tərəfin marağındadır. ABŞ olaraq düşünürük ki, razılaşma əldə etmək hələ də mümkündür”, – o qeyd edib.