BAKI, 19 aprel. TELEQRAF
Rusiya hava hücumundan müdafiə sistemləri gecə saatlarında Ukraynaya məxsus iki pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Teleqraf xəbər verir ki, hücumla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Döyüş növbətçiliyində olan hava hücumundan müdafiə sistemləri təyyarə tipli iki Ukrayna pilotsuz uçuş aparatını məhv edib”, - nazirlikdən bildirilib.
Qeyd olunur ki, PUA-lardan biri Belqorod, digəri isə Kursk vilayəti üzərində vurulub.