
BAKI, 18 aprel. TELEQRAF
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynadakı münaqişənin həlli üzrə danışıqlara cəlb olunmalıdır ki, Aİ tərəfindən Rusiyaya tətbiq edilən sanksiyaların ləğvi sülh razılaşmasının tərkib hissəsi ola bilsin.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.
"Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir hissəsi Aİ tərəfindən qoyulub. Biz onları ləğv edə bilmərik. Buna görə də, Aİ ölkələri danışıqlara cəlb olunmalıdır”,- o qeyd edib.
Rusiya prezidenti Vladimir Putin bundan öncə bildirib ki, Rusiya biznesi artıq sanksiyalar şəraitində işləməyə öyrəşib və ölkə istədiyi xarici tərəfdaşlarla alternativ əməkdaşlıq mexanizmlərini işə salıb.