BAKI, 11 aprel. TELEQRAF
ABŞ və İran arasında aprelin 12-də Omanda keçiriləcək görüşdə Tehranın nüvə silahına sahib olmaması ilə bağlı birbaşa danışıqlar aparılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"İranlılarla danışıqlar birbaşa olacaq, mən bunu çox açıq şəkildə bildirmək istərdim. Donald Trampın əsas məqsədi İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməkdir. Prezident bu məqsədə çatmaq üçün diplomatiyaya və birbaşa danışıqlara inanır", - o, vurğulayıb.