BAKI, 11 aprel. TELEQRAF
İran yekun razılıq əldə olunana qədər ABŞ ilə müvəqqəti nüvə sazişi imzalamağı düşünür.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı yazır.
“İran hərtərəfli saziş üzrə danışıqlara başlamazdan əvvəl iki ölkə arasında müvəqqəti nüvə sazişi üzərində işləmək üçün təklif irəli sürməyi nəzərdən keçirir”, - nəşr yazıb.
Nəşr vurğulayır ki, müvəqqəti razılaşma İranın uranın zənginləşdirilməsi üzrə bəzi fəaliyyətlərinin dayandırılmasını və ehtiyatlarının azaldılmasını deyil, həm də BMT müfəttişlərinə Tehranın nüvə obyektlərinə daha geniş girişin verilməsini əhatə edə bilər.