BAKI, 25 aprel. TELEQRAF

ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh istəmədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Qeyd edək ki, bundan bir müddət öncə ABŞ prezidentinin oğlu kiçik Donald Tramp da Ukrayna liderini sülh əldə etmək istəməməkdə ittiham edib.

İlon Mask prezidentin oğlunun paylaşımının altına "Doğrudur" sözləri ilə cavab verib.