BAKI, 25 aprel. TELEQRAF

Biz mina təmizləmə prosesinə töhfə verməyə, Azərbaycan-Ermənistan sərhədində işləməyə hazırıq.

Teleqraf xəbər verir ki, bunu ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Ancaq bunun üçün hər iki tərəfin razılığı tələb olunur. Azərbaycan və Ermənistan bu mövzuda kömək istəsələr, bunu etməyə hazırıq. Bu proseslə bağlı xüsusi alətlər mexanizmimiz var” – Feridun Sinirlioğlu vurğulayıb