BAKI, 25 aprel. TELEQRAF
"Avropa İttifaqı heç vaxt Ukraynanı öz sıralarına qəbul etməyəcək. Kiyevin bloka qoşulacağına dair vədlər inandırıcı deyil".
Teleqraf xəbər verir ki, bu barədə Xorvatiya Prezidenti Zoran Milanoviç danışıb.
"Balkan regionu ölkələri elə bir vəziyyətdədir ki, Qərb siyasətçiləri təəssüf ki, onları heç vaxt Avropa İttifaqına qəbul etməyəcəklər", - siyasətçi qeyd edib.
Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro Aİ üzvlüyünə rəsmi namizəd statusuna malikdir.