BAKI, 25 aprel. TELEQRAF

"Böyük Britaniya Rusiya ilə münaqişənin daha da gərginləşməməsi üçün Ukraynaya qoşun göndərməkdən imtina edəcək".

Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti Britaniya hökumətindəki mənbələrə istinadən məlumat verib.

Nəşrin mənbəsi əlavə edib ki, Britaniya qüvvələrinin Ukraynaya hərbçilərdən ibarət kontingent göndərməsi münaqişənin həllinə kifayət etmir.