BAKI, 25 aprel. TELEQRAF
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyətinin bu həftə İrana səfəri planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus məlumat verib.
MAQATE-nin baş direktoru Rafael Qrossi nüvə sazişini müzakirə etmək üçün aprelin sonuna qədər İrana səfər etmək niyyətində olduğunu açıqlayıb.
Onun sözlərinə görə, İranla agentlik arasında davamlı əməkdaşlıq son dərəcə vacibdir.