BAKI, 25 aprel. TELEQRAF
"Bu həftə sonu Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni görüşlər olacaq".
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio deyib.
"Biz onlara irəliyə doğru yol göstərdik. Bu fikirləri müzakirə etdik. Dünən yaxşı görüş oldu. Bu həftə sonu daha yaxşı görüşlər olacaq. Onlara finiş xəttini göstərdik. Hər iki tərəfin razılığa gəlməsi lazımdır", - Rubio deyib.
O qeyd edib ki, Rusiya və Ukrayna münaqişənin dayandırılmasının zəruriliyi barədə razılığa gəlməlidir.