BAKI, 25 aprel. TELEQRAF
"ATƏT təfərrüatlı şəkildə, konsepsiyaya uyğun addımlar atır".
Teleqraf xəbər verir ki, bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
“Təhlükəsizlik prinsiplərimiz müəyyən əsaslar üzərində qurulub. Artıq bu barədə bir qədər əvvəl danışdım. Bu, hərbi təşkilat deyil, biz təhlükəsizliyin təminatını qarşılıqlı diplomatiya yolu ilə saxlamağa çalışırıq. 50 il əvvəl bu təşkilatın əsası qoyulanda əsas məqsəd silahsızlaşdırmaqla bağlı idi. Bura insan hüquqlarının müdafiəsi də daxildir. Bu kimi prinsiplər hələ də ATƏT-in əsas prinsiplərini təşkil etməkdədir. Biz "Avropanın mərkəzində gələcək təhdidlərin qarşısını necə ala bilərik" mövzusunda düşünməliyik” – Feridun Sinirlioğlu bildirib