BAKI, 25 aprel. TELEQRAF
"ATƏT ilə əməkdaşlıq mövzusunda danışarkən, bir sıra məsələləri gündəmə gətirmək lazımdır".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Bura Qarabağda bərpa-quruculuq işləri, kibertəhlükəsizlik, nəqliyyat və loqistika sahəsində əməkdaşlıq kimi məsələlər daxildir. Onu da qeyd edim ki, Feridun Sinirlioğlu bu gün Bakı Ticarət Limanına səfər edib və orada yaradılmış şəraitlə tanış olub”, - Ceyhun Bayramov vurğulayıb.