BAKI, 25 aprel. TELEQRAF

Türkiyədə ötən gün baş verən zəlzələdən sonra 291 afterşok qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) tərəfindən verilən açıqlamada bildirilib.

“Əsas təkandan sonra 291 afterşok qeydə alınıb. Onlardan 283-ü 3,9 və daha aşağı maqnitudada, digərləri isə 3 baldan aşağı olub. Cəmi 8 afterşok 4 maqnituda həddini keçib”, - qurumun məlumatında qeyd edilib.

Açıqlamada bildirilib ki, baş verən zəlzələlərin əksəriyyəti zəif olub və saylarının azalması tendensiyası müşahidə olunur.

Bundan başqa afterşokların yaxın bir neçə həftə ərzində səngiməsi və başa çatması gözlənildiyi də vurğulanıb.