BAKI, 25 aprel. TELEQRAF
"Ermənistanda aprelin 23-də kütləvi küçə yürüşü zamanı Azərbaycan bayrağının yandırılması qəbuledilməzdir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.
O əlavə edib ki, Azərbaycan həm Ermənistana, həm də oxşar hadisənin dünən baş verdiyi Fransaya belə yolverilməz addımların qarşısının alınması ilə bağlı müraciət edib.