BAKI, 25 aprel. TELEQRAF
"Vaşinqton Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirələrdə Rusiyaya əhəmiyyətli təzyiq göstərir".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Rusiya tərəfi atəşkəs razılaşmasının əldə olunmasına mane olmur.
Bundan əvvəl Tramp bəyan etmişdi ki, Kiyevlə sülh sazişi bağlamaq üçün Moskva Ukraynanın bütün ərazisini zəbt etməkdən imtina etməlidir.