BAKI, 25 aprel. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya lideri Vladimir Putinlə aprelin 25-də baş tuta biləcək danışıqlar üçün Moskvaya gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb .

Qeyd olunur ki, Ukraynadakı münaqişənin həlli Putinlə Uitkoffun Moskvadakı görüşünün nəticələrindən asılıdır.