BAKI, 24 mart. TELEQRAF

İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 24 saat ərzində azı 51 fələstinli həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavının cənubundakı Xan Yunis şəhərindəki Nasser tibb kompleksini bombalayıb. Nəticədə 5 nəfər, o cümlədən Fələstinin radikal HƏMAS hərəkatının siyasi büro üzvü, müalicə üçün orada olan İsmayıl Bərhum həlak olub. Kompleks rəhbərliyi cərrahiyyə şöbəsinin tamamilə sıradan çıxdığını bildirib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin son hücumları nəticəsində ölənlərin sayı 600-ü keçib, mindən çox insan yaralanıb.