
BAKI, 22 mart. TELEQRAF
Yəməndə İranın dəstəklədiyi Ənsarulah (Husilər) hərəkatı tərəfindən İsraili hədəf alan ballistik raket Səudiyyə Ərəbistanı ərazisinə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatında məlumat yayılıb.
Məlumata görə, İsrail ordusu raketi səmada aşkar edib, ancaq heç bir təhlükə olmadığı üçün sirenləri işə salmayıb.