
BAKI, 22 mart. TELEQRAF
Emmanuel Makron və Kir Starmerin Rusiyaya dair sözləri cəfəngiyyatdır.
Teleqraf xəbər verir ki, bunu Çikaqo Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Con Mirşaymer bildirib.
"Starmer və Makronu dinləyərkən, onların Rusiyadan gələn qeyri-mümkün təhlükə barədə dedikləri sözlərin cəfəngiyat olduğunu düşünürəm. Rusiyanın Qərbi Avropa üçün təhlükə yarada biləcəyini təsəvvür etmək çətindir", - professor qeyd edib.
O, qeyd edib ki, Ukraynadakı münaqişənin sonunda Avropada Rusiya əleyhinə maraq azalacaq və bir çoxları artıq qarşıdurmanı davam etdirmək yerinə, qırılmış əlaqələri bərpa etmək üçün çalışacaqlar.