
BAKI, 22 mart. TELEQRAF
Almaniya Cənubi Sudandakı səfirliyini müvəqqəti olaraq bağlayıb.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Onun sözlərinə görə, bu qərar sözügedən ölkədəki vəziyyətin pisləşməsi ilə əlaqədar qəbul edilib.
"Bir neçə il əvvəl zəif bir sülh razılaşmasının əldə edilməsindən sonra Cənubi Sudan yenidən vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib", - Berbok qeyd edib.
Xatırladaq ki, martın əvvəlində, Cənubi Sudanının şimal-şərqindəki Nasir şəhərində hökumət qüvvələri ilə "Ağ Ordu" adlı üsyançı qrup arasında toqquşmalar baş verib. Bu qrup müxalif Südan Xalq Azadlıq Hərəkatı ilə əlaqəlidir.
İntensiv döyüşlər nəticəsində üsyançılar Nasir şəhərini və hərbi bazanı ələ keçiriblər.