BAKI, 22 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyasını məhkəməyə verən Cornell Universitetinin tələbəsi barəsində deportasiya qərarı verilib.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Böyük Britaniya və Qambiya vətəndaşlığı olan tələbə Momodu Taalın ölkədən çıxarılması ilə bağlı qərarın verilməsinə səbəb onun Fələstin tərəfdarı olan xarici tələbələrin deportasiyasının qarşısının alınması məqsədilə Tramp administrasiyasını məhkəməyə verməsi olub.

Taalın vəkili Erik Linin sözlərinə görə, tələbə sözügedən qərardan hüquq-mühafizə orqanları onun evinə gəldiyi zaman xəbər tutub.

"Biz qəzəbliyik və hər bir amerikalı belə hiss keçirməlidir. Əhalini diktatura təhlükəsinə qarşı söz azadlığını müdafiə etməyə, bu hüququ fəal və qətiyyətli şəkildə icra etməyə çağırırıq", - vəkil vurğulayıb.