
BAKI, 22 mart. TELEQRAF
Rusiya ərazisində gecə ərzində Ukraynanın 47 PUA-sı məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, dron hücumları ölkənin müxtəlif regionlarında, o cümlədən Qara və Azov dənizləri üzərində qeydə alınıb.
Müdafiə qüvvələri tərəfindən Voronejdə 12, Belqorodda 11, Rostovda 6, Volqoqradda 4, Astraxan vilayətində isə 3 PUA zərərsizləşdirilib. Bryansk, Kursk və Samara vilayətlərində də pilotsuz təyyarə vurulub.
Qara dəniz üzərində 7, Azov dənizi üzərində isə 1 PUA məhv edilib.