
BAKI, 22 mart. TELEQRAF
Şimali Koreya lideri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə Rusiyaya qələbə və firavanlıq arzulayıb.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinin saytında məlumat verilib.
Kim Çen In vurğulayıb ki, Ukraynadakı xüsusi hərbi əməliyyat Rusiya xalqının sarsılmaz gücünü nümayiş etdirir.
Bundan əlavə, KXDR lideri Rusiya prezidenti Vladimir Putinə səmimi arzularını çatdırmağı xahiş edib.