BAKI, 21 mart. TELEQRAF

Qəzzanın Səhiyyə Nazirliyi İsrailin Türkiyə-Fələstin Dostluq Xəstəxanasını qəsdən partlatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, Qəzzada xərçəng xəstələrinin müalicəsi üçün yeganə ixtisaslaşmış xəstəxana olan Türkiyə-Fələstin Dostluq Xəstəxanasından hərbi baza kimi istifadə olunmadığı qeyd edilib.

“Türkiyə-Fələstin Dostluq Xəstəxanasına hücum İsrailin Qəzzada səhiyyə sistemini qəsdən çökdürməyə yönəlmiş sistemli məhvetmə siyasətinin bir hissəsidir və soyqırım zəncirinin bir halqasıdır”, - deyə bəyanatda bildirilir.