.jpg)
BAKI, 20 mart. TELEQRAF
"Ukrayna ərazisində beynəlxalq hərbi missiyanın fəaliyyətinin bir neçə variantı hazırdır".
Teleqraf xəbər verir ki, bu barədə Polşa Ordusunun Baş Qərargah rəisi, general Vislav Kukula "RAR" agentliyinə müsahibəsində danışıb.
O, qeyd edib ki, planlar birbaşa sülh danışıqlarının gedişindən asılıdır.
"Əməliyyat çoxşaxəli xarakter daşıyır, lakin onun uğuru diplomatik həldəki irəliləyişlə müəyyən ediləcək", - Kukula vurğulayıb.
Onun sözlərinə görə, planlaşdırma ilkin mərhələdədir və potensial razılaşmaların təfərrüatı hələ açıqlanmır. Bununla belə, general bildirib ki, müxtəlif ssenarilər, o cümlədən təhlükəsizliyin təmin edilməsi üçün lazımi qüvvələrin müəyyən edilməsi nəzərdən keçirilir"