
BAKI, 19 mart. TELEQRAF
Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın münaqişə tərəflərinin enerji obyektlərinə zərbələri dayandırmaq təklifi ilə razılaşıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" nəşri mənbələrə istinadən məlumat yayıb.
“Zelenski Rusiyanın enerji obyektlərinə hücumları dayandırmağa razılaşıb”, - nəşrin bəyanatında deyilir.
Agentliyin mənbələri bildirib ki, hər iki tərəf atəşkəs rejiminin daha da genişləndirilməsi üzərində işləmək barədə razılığa gəlib.