
BAKI, 15 mart. TELEQRAF
Məşhur "Maşına vremeni" qrupunun lideri Andrey Makareviç Ukraynadakı xəstəxalardan birinə yardım etdiyini gizlətməyib.
Teleqraf xəbər verir ki, o, bu barədə Stanislav Kuçerə müsahibəsində deyib.
Rusiyalı musiqiçi bildirib: "Qürrələnmək istəməzdim, bu, yaxşı xüsusiyyət deyil. Mən müxtəlifi qurumlara xəstəxananın bərpası üçün yardım göstərmişəm. Mənim verdiyim pula bir neçə ev də tikilib".
Qeyd edək ki, Makareviç Rusiya-Ukrayna müharibəsi başlayanda ölkəni tərk edərək İsrailə gedib.
2022-ci ildə Makareviç Rusiyada əcnəbi agent kimi qeydə alınıb.