BAKI, 7 mart. TELEQRAF

"Yekun sülh razılaşması istiqamətində irəliləyiş olarsa, Rusiya Ukraynada müvəqqəti atəşkəs məsələsini müzakirə etməyə hazırdır".

Teleqraf xəbər verir ki, bu barədə Amerikanın "Bloomberg" agentliyi məlumat yayıb.

“Rusiya Ukraynada müvəqqəti atəşkəsi müzakirə etməyə hazırdır, bir şərtlə ki, yekun sülh nizamlanması istiqamətində irəliləyiş əldə olunsun”, - məlumatda deyilir.

Agentliyin mənbələri bildiriblər ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlmək üçün yekun sülh sazişinin prinsipləri barədə aydın anlayış olmalıdır.