
BAKI, 2 mart. TELEQRAF
Avropa İttifaqı martın 6-da keçiriləcək sammitində Ukraynaya yüz milyardlarla avro vəsait ayıra bilər.
Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Makronun sözlərinə görə, qarşıdan gələn sammitin məqsədi Ukraynaya dəstəyi gücləndirmək və Aİ-nin təhlükəsizliyini təmin etmək üçün zəruri olan birgə maliyyələşdirmə proqramını dərhal işə salmaq üçün Avropa Komissiyasına səlahiyyət verməkdir.