BAKI, 18 fevral. TELEQRAF
"Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqları Moskva və Kiyev aparmalıdır".
Teleqraf xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk "TVP Info" telekanalının efirində bildirib.
“Danışıqları Rusiya və Ukrayna aparmalıdır. Avropa sülh prosesini dəstəkləməyə hazırdır”, - o qeyd edib.
Siyasətçi əlavə edib ki, Vaşinqtonun mövqeyi ABŞ Prezidenti Donald Trampın prosesə cəlb olunması səbəbindən aparıcı olacaq.