BAKI, 18 fevral. TELEQRAF

"Parisdə keçirilən fövqəladə sammitdə Avropa liderləri Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsini öz üzərinə götürməyə hazır olduqlarını nümayiş etdirdilər".

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "X" sosial şəbəkəsində məlumat verib.

"Hazır və istəkli. Bugünkü Paris görüşündən gəldiyim qənaət budur. Avropa addım atmağa hazırdır. Ukrayna üçün təhlükəsizlik təminatları hazırlanmalıdır", - baş katib deyib.