BAKI, 17 fevral. TELEQRAF

Rusiya Ukrayna ilə münaqişədə artıq strateji qələbə qazanıb.

Teleqraf xəbər verir ki, bu barədə macarıstanlı politoloq Qabor Stir TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, növbəti mərhələdə atəşkəs razılaşmasının əldə olunması Rusiya üçün sanksiyaların ləğvinin başlanğıcı ola bilər.

“Biz artıq bu gün Rusiyanın strateji qələbəsindən danışa bilərik. Strateji baxımdan Ukrayna bu müharibəni uduzdu. Atəşkəs və münaqişənin həlli istiqamətində mümkün olan ən erkən razılaşma Rusiya üçün faydalı olacaq”, - Stir vurğulayıb.

Politoloq, həmçinin əlavə edib ki, Ukrayna ətrafında vəziyyətin sürətli şəkildə dəyişməsi ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsi ilə əlaqəlidir: “Trampın Ağ Evə qayıdışı münaqişəni dondurmaq şansı yaradıb. O, açıq şəkildə həm şəxsi ambisiyaları, həm də geosiyasi səbəblərdən buna nail olmaq istəyir"