BAKI, 14 fevral. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qəzza zolağının sakinlərinin köçürülməsi planını qəbulolunmaz adlandırıb.

Teleqraf xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə, həqiqi sülh hər iki tərəfin hüquqlarının tanındığı bir əsas üzərində qurulmalıdır.

"Fələstin xalqının Qəzzadan qovulması qəbuledilməzdir. Bu planı heç bir bir müsəlman ölkəsi qəbul etməyəcək. Çünki bu, Qəzza sakinlərinin hüquqlarını tapdalayır. Belə bir yanaşma uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına kömək etməyəcək, əksinə münaqişəni alovlandıracaq", - o qeyd edib.