
BAKI, 14 fevral. TELEQRAF
Ukraynanın Şimali Atlantika Alyansına (NATO) üzvlüyü heç vaxt Rusiya ilə sülh üçün şərt olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rutte bildirib.
“Vaşinqtonda keçirilən sammitdə NATO Ukraynaya üzvlük vəd etsə də, bu prosesin nə vaxt yekunlaşacağı bəyan edilmədi. Üzvlük sülh sazişinin bir hissəsi kimi götürülməyib”, - Rutte bildirib.
O, jurnalistlərin NATO-nun Ukraynaya hansı təhlükəsizlik zəmanətlərini verəcəyi ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.