
BAKI, 8 fevral. TELEQRAF
ABŞ-nin yeni administrasiyası hərbi xərclərin azaldılması imkanlarını nəzərdən keçirəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz hətta silahlı qüvvələrimizə də baxacağıq", - o bildirib.
Amerika liderinin sözlərinə görə, dövlət qurumlarında aparılan yoxlamalar korrupsiya və vəsaitlərdən sui-istifadə hallarını üzə çıxarıb.