ABŞ hökuməti iqtidara etimadı qoruyub saxlamaq və ölkədə defoltun qarşısını almaq üçün addımlar atacaq.

Teleqraf.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin təmsilçiləri ölkədəki iqtisadi durumdan narahatdırlar.

Onların fikrincə, defoltun qarşısının alınması üçün hökumət ölçü götürməlidir. Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş müraicətdə bu məqamlara toxunulub.

Qurum yanvarın 21-dən etibarən fövqəladə addımlar atmağı planlaşdırır. ABŞ-nin maliyyə naziri Canet Yellen Konqres nümayəndələrinə müraciətində də belə deyib.