Yaxın Şərqdə sabitliyin yaradılması və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası (MWADA) adlı yeni təşkilat yaradılmalıdır.

Teleqraf.com xəbər verir ki, bu fikri İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib.

“Yaxın Şərqdə sabitliyə nail olmaq daha çox şey tələb edir. Bu məqsədlə regionda ‘Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası adlı yeni beynəlxalq təşkilat yaratmağı təklif edirəm”, - ölkə rəsmisi bildirib.

Zərifin fikrincə, yeni təşəbbüs Yaxın Şərqdəki bütün müsəlman ölkələri - Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistan, Suriya, Türkiyə, BƏƏ və Yəməni birləşdirilməlidir.