Xorvatiya Almaniya ilə razılaşmaya əsasən, Ukrayna Silahlı Qüvvələrinə 30 tank və 30 piyada döyüş maşını verəcək.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xorvatiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən, Berlində müdafiə naziri İvan Anusiç və Xorvatiya Baş Qərargah rəisi Tihomir Kundidin hərbi idarənin rəisi Boris Pistorius ilə görüşündə Xorvatiyadan 30 "M-84" tankı və 30 "M-80" piyada döyüş maşınları, ehtiyat hissələri və döyüş sursatlarının tədarükü ilə bağlı razılıq əldə olunub.

Almaniyadan alınan pul Zaqreb tərəfindən yeni Alman "Leopard 2A8" tanklarının alınmasına sərf olunacaq. Ümumilikdə Xorvatiya Almaniyadan 50-yə qədər yeni "Leopard 2A8" almağı planlaşdırır.