İsrailin “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahına endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Hücumdan sonra “Hizbullah”ın lideri Həsən Nəsrullahın sağ olduğu məlumatı yayılıb.