İsrail Müdafiə Qüvvələri (IDF) Beyrutun cənubundakı şiə milis "Hizbullah"ın qərargahına raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Al Jadeed telekanalı məlumat yayıb .

Telekanalın məlumatına görə, İsrail qırıcıları Madi yaşayış massivinin daxilində yerləşən binalara zərbələr endirib.

Əl-Cəzirə həmçinin hücumun hədəfinin zərbə nəticəsində öldürülə biləcək "Hizbullah" liderlərindən biri Əli Karaki olduğunu bildirib.