İsrail ordusu Beyruta endirilən zərbədən sonra baş verə biləcək istənilən ssenariyə hazırdır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun sözçüsü kontr-admiral Daniel Həqari deyib.

Onun sözlərinə görə, hələlik komandanlığın İsrail vətəndaşları üçün təlimatlarında heç bir dəyişiklik yoxdur.

“Əməliyyat məlumatları əldə olunan kimi sizə məlumat verəcəyik”, - Xaqari qeyd edib.

Qeyd edək ki, sentyabrın 20 -də İsrail Müdafiə Qüvvələri İsrailin Beyruta hava hücumu təşkil etdiyini bildirib.