Türkiyənin Diyarbəkir şəhərində itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın ölüm səbəbi məlum olub.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul Məhkəmə Tibb Ekspertizanın müayinəsindən sonra onun boğularaq öldürüldüyü müəyyən edilib.

Bioloji ekspertiza zamanı Narinin bədənində DNT izi aşkar edilməyib.