Almaniyanın “Rheinmetall” müdafiə konserni 2023-cü ilin sonuna kimi Ukrayna Silahlı Qüvvələrini müasir kəşfiyyat pilotsuz təyyarəsi LUNA NG ilə təchiz edəcək.
Teleqraf.com “Bild am Sonntag” qəzetinə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatı (PUA) dəstinə bir neçə PUA və buraxılış katapultu olan yerüstü idarəetmə stansiyası daxildir.
LUNA NG bütün əsas xüsusiyyətlərində əvvəlki modeli üstələyən yeni dron sistemidir.