Türkiyənin Antalya şəhərində sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, ölən və yaralananlar var.

Teleqraf.com xəbər verir ki, Alanya rayonunda mikroavtobus yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Əraziyə polis və təcili yardım cəlb edilib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.