Ukraynada ümumilikdə 239 mindən çox rus əsgəri zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna ordusu son sutka ərzində Rusiyanın 710 hərbçisini və 40-a yaxın artilleriyasını zərərsizləşdirib.

Rusiya ordusunun yaxın 40 gün içində döyüş itkiləri təxminən aşağıdakı kimidir:

Tank - 4,119 ədəd

Zirehli döyüş texnikası - 8051 ədəd

Artilleriya sistemi - 4542 ədəd

Yayılım atəş sistemi - 689 ədəd

PUA - 3839 ədəd