Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Brüsseldə bir araya gələn tərəflər Avropa İttifaqının Ermənistandakı yeni missiyasının fəaliyyəti barədə müzakirə aparılıblar.

Görüşdə qeyd olunub ki, yeni missiya regiona sabitlik və sülh gətirməyə kömək edəcək.