Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə əlaqədar fevralın 22-də İstanbulda böyük zirvə toplantısının keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Türkiyədəki nümayəndəliyinin rəhbəri, səfir Nikolaus Meyer-Landrut bildirib.

O qeyd edib ki, sammitə Ukrayna hökumətinin rəsmiləri də dəvət olunacaq: “Sammitdə Türkiyədən bir nümayəndə olacaq, lakin hələlik kimliyi bəlli deyil. Müharibənin geosiyasi və iqtisadi nəticələri müzakirə olunacaq.

Bu, həm də Ukraynaya dəstəyimizi ifadə etməyin bir yoludur. Keçən il fevralın 24-də Rusiya təcavüzünün başlaması Avropa tarixində həlledici məqam oldu. Avropa tarixi bizim ortaq coğrafiyamızdır. İnsanlar tez-tez 9-11 sentyabrı Amerikanın təhlükəsizlik üçün bir dəyişiklik anı olduğuna istinad edirlər. Deyərdim ki, 24 fevral 2022-ci il də Avropanın təhlükəsizliyi üçün oxşar əhəmiyyət daşıyır. Qitəmizdə amansız, böyük müharibə gedir. Bu, nəticələri Avropa qitəsindən çox-çox uzaqlara aparan bir müharibədir”.